|
|
|
Əgər siz yaxşı təklif, əla yer axtarırsınızsa və sizi lazımsız dəbdəbə heç də maraqlandırmırsa, onda bu üçulduzlu otel məhz sizin axtardığınız yerdir.
Otelin işçi heyəti möhtəşəmdir. Bizim orada qalmağımızın ikinci günü onlar taxta döşəməni yenicə rəngləmişdirlər və beləliklə, bunun bizim qalmağımızı narahat olmasını hesab edərək, onlar, qonşu oteldə bizim üçün otaq sifariş etdilər, əşyalarımızı köçürməkdə kömək etdilər və xoşluqla yola saldılar!
Onlar inanılmaz dərəcədə yüksək səmimiyyət və qonaqpərvərlik nümayiş etdirdilər!
Birmənalı olaraq məsləhət görürəm!
Köhnə şəhərin divarları arasında gözəl yer.
|
|
Müəllifi: Jorge Lorenzo; Mənbə: Bura daxil olun
|
|
Gözəl və yaraşıqlı Bakı şəhəri və onun insanları haqqında yalnız xoş sözlər söyləmək olar. Bu xoş sözləri Noah’s Ark Oteli haqqında da demək mümkündür.
Noah’s Ark Oteli üç ulduzlu, gözəl və səliqəli oteldir və burada xidmət çox yüksək səviyyədə təşkil olunub. Amma ən asas cəhət kimi burada işləyən qayğıkeş insanları göstərmək olar. Burada qaldığım müddətdə özümü oteldə yox, dostlarımın evində kimi hiss etdim.
Bu otelin yeganə çatışmayan cəhəti yuxarı mərtəbədə yerləşən və şəhərə və Xəzər dənizinin gözəl mənzərəsi olan restorana qalxmaq üçün liftin olmamasıdır.
Otel İçərişəhərdə, metro stansiyasına yaxın, Qız qalasından bir neçə metr məsafədə yerləşir. Otelin yaxınlığında çoxlu barlar, restoranlar, muzeylər və mağazalar yerləşir. Bu səbədən də taksidən istifadə etmək lazım gəlmir. Sonda onu deyə bilərəm ki, Noah’s Ark Otelinin xidmətlərindən istifadə etməklə düzgün seçim etmişəm.
|
|
Müəllifi: Elly; Mənbə: Bura daxil olun
|
|
Bakıya 2010-cu ilin qış ayında səfər etmişdim. Bu şəhərə ilk dəfə idi ki, gəlirdim – iki günlük- Sankt-Peterburqdan Moskvaya oradan isə Bakıya. Uçuş bileti 14500 rubl idi (birbaşa bilet daha bahadır). Artıq Moskvada təyyarəyə minərkən başa düşdüm ki, əhali çox qonaqpərvərdir: mənimlə birlikdə oturan qızla gözəl ünsiyyət qurduq, Heydər Əliyev adına hava limanında isə xoş sözlər və arzularla vidalaşdıq.
Nuhun gəmisi otelində qalırdım. Məsləhət görürəm! Digər otellərlə müqayisədə qiymətlər baha deyil və eyni zamanda çox təmiz, sakit və rahatdır. Sözün düzü oradakı rahat mühit və komfort məni heyran etdi. Qabaqcadan otelin saytında onlayn qeydiyyatdan keçib otaq sifariş vermişdim. Otel İçəri şəhərdə, dənizkənarı parkın demək olar ki, bir addımlığında, eləcə də görməli yerlərin çox yaxınlığında yerləşir –bir sözlə yer idealdır. Bu səbəbdən ictimai nəqliyyatdan tez-tez istifadə etməli olmadım. Hər yerə piyada getmək olurdu və cəmi iki dəfə avtobusa minməli oldum (gediş haqqı çox ucuz idi!).
Lakin digər qiymətlər bahadır. Bakıda çoxlu tikinti işləri aparılır. Gələn kimi nəzərə çarpan ilk xüsusiyyətlərdən biri məhz budur. Elitar yaşayış evləri. Cəmi iki gün ərzində Bakıda dəbli avtomobillərin çoxluq təşkil etdiyinin şahidi oldum! Piterdə bu qədər bahalı xarici maşınlar yoxdur. Hətta prezidentin kortejinin (Maybach) də keçərkən şahidi oldum. 6№-li məktəb isə saraya bənzəyir. Hər yerdə dükanlar var. Bakı – şübhəsiz təmtəraq və dəbi xoşlayanlar üçündür. Kiçik detaldır, lakin diqqətimi cəlb etmişdir: Bakının böyük hissəsi bəzəkli daşlardan (kvadrat, romb və s.) ibarət hamar olmayan küçələrdən ibarətdir. Bu səbəbdən ayaqqabı belə piyada gəzintilər üçün rahat olmalıdır.
Şəhər özü inanılmaz dərəcədə gözəldir...zəngin keçmiş və eyni zamanda müasir dövrün ruhu hiss olunur, vəhdət heyrətamizdir. Şəhərdə gəzərkən mənzərə xüsusilə diqqətimi cəlb etdi: palma və tozağacı yanaşı əkilmişdi. Bax bu Bakıdır. Kontrast şəhəri. Heyrətamiz. Bakıya “gecə işıqları şəhəri” adı əbəs yerə verilməmişdir: gecə şəhərin işıqlandırılması çox diqqət cəlb edir! Təəssüf ki, funikulyor bağlı idi. Lakin iri dairəvi karusel tam istədiyim kimi idi. İki gün ərzində hər yeri gəzə bilmədim, düzdü hava da yaxşı deyildi, küləkli, şəhəri ancaq üzdən seyr edə bildim (muzeyə daxil olmadım).. Eybi yox, deməli qayıtmaq üçün səbəbim var.
Əhaliyə gəldikdə isə, təyyarədə uçarkən düşünürdüm ki, bu axı müsəlman ölkəsidir, paltar ciddi və s. olmalıdır. Lakin, burda Azərbaycanlı qızları müşayiət olmadan qısa yubkalarda görəndə, ilk təəssüratım dəyişdi. Bakıda yaşayan rusların sayı da az deyil. Diqqətimi cəlb edən həm də o idi ki, əhalinin demək olar ki, əksəriyyəti qara rəngli paltar geyinir.
Nəticə olaraq, demək istəyirəm ki, Bakıya səfər məndə unudulmaz təəssüratlar, ürəyimdə isti hisslər qoydu...indi xatırladıqca darıxır və üzümdə təbəssüm yaranır... Bakıda bir dəfə olub, onu görəndə ömürlük şəhərə aşiq olursan. Şəhər qəribə nostalji hissləri yaradır və bir növ bu möcüzəli şəhər məni özünə geri çağırır...Can Bakıya.
|
|
Müəllifi: Alexei
|
|
Otel haqqında yazmaqdan əvvəl otel xidməti sahəsindəki təcrübəm barədə bir qədər məlumat vermək istərdim.Mən 5 il Türkiyənin ən bahalı və dəbli otellərində çalışmışam. Həmçinin deyərdim ki, rəhbər vəzifələrdə çalışdığımdan xidmətin necə olmalı olduğu barədə geniş anlayışım var. Biz hamımız nədənsə ulduz peşində olur, eyni zamanda qiymətlərə baxır və həmişəki kimi menecerlərin və fotoşop kimi proqramların tələsinə düşürük. Lakin, bu dəfə yox və həmin sözlər bu otelə aid edilmir. Əvvəlcə, yerləşdiyi ünvandan başlayacam – mərkəzin mərkəzində. Metronun yanında, təxminən 150 metrlik məsafədir. Ətrafda ancaq tarixi abidələr yerləşir və onlara mütləq baş çəkmək lazımdır. Şəhərin istənilən hissəsinə çatmaq çox asandır. Bütün bunları siz havayı alırsınız və nəzərə almaq lazımdır ki, eyni ulduzlara malik digər otellərdə qiymətlər daha bahadır. Mən otelə çatdırılma xidmətini sifariş vermişdim. Məni sürücü qarşıladı, onun əlində reysin nömrəsi və mənim adımın yazıldığı A4 kağızı var idi. Bundan az müddət sonra artıq otel nömrəmdə yerləşmişdim, hərçənd günorta heç saat 1 də olmamışdır. Otel nömrəsinə pulsuz çay və qəhvənin çatdırılması xidmətinin olmasına da təəccübləndim. Əlavə olaraq, otel nömrəsində çaynik, fincan şəkər və çay paketləri də qoyulub. Üstəlik bu xidmətdən istifadə etmək istədiyimi deyəndən məndən çayı nə ilə içmək istədiyimi də soruşdular və mənə xahişimə uyğun olaraq, konfetli çay gətirdilər. Bu xidmətdən təkrar istifadə etdikdə də otel heyəti mənim istəyimi yerinə yetirdi. Əlbəttə ki, otel nömrəmdə peykli televiziya kanallarına da baxa bilərdim və otaqda WIFI da var idi – onun şifrəsini heç soruşmağa belə macal tapmadım, çünki otel heyəti nömrəyə yerləşdiyim müddət ərzində onu kağız üzərində mənə yazıb vermişdilər. Qeyd edim ki, otelə yerləşməyim cəmi 2 dəqiqə çəkmişdi. Həmin gün mənim bir görüşüm planlaşdırılmışdır və həyətdən bir nəfər məni həmin ünvana kimi ötürdülər ki, yolumu azmayım. Hava pis idi və yaxşı ki, mənə oteldən çətir təklif etdilər. Səhər mənə səhər yeməyi verdilər – saat 11-ə kimi mən səhər yeməyimi yeyə bilərdim. Əminliklə deyə bilərəm ki, Türkiyənin bir çox və hətta 4 ulduzlu otelləri buradakı qədər yemək çeşidi təqdim etmir. Daha bir özəllik də - yuxarı mərtəbədə yerləşən restorandır və oradan siz bütün şəhəri izləyə bilərsiniz. Əlavə olaraq, restoranda hər divardan lsd televizorları asılıb, yəni siz harada oturmaq qərarını versəniz də kanallara baxa bilərsiniz. Hər kəs sizə gülümsəyir və köməyinizə gəlməyə hazırdı – qeyd edim ki, bu xidmət hər kəsə aiddir. Bir qadın otelə daxil olaraq, zəng etmək üçün icazə istədi. Ona zəng etməyə icazə verdilər və hətta hava yağışlı olduğundan çətir də təklif etdilər – baxmayaraq ki, qadın heç müştəri də deyildi. Mən oteldə В&В sistemi ilə qalırdım nahar üçün yemək sifariş verdim və 40 dəqiqədən sonra zəng edib dedilər ki, sifarişim –trapeza, məni restoranda gözləyir. Daha öncə dediyim kimi, otelin öz taksisi var və bu kənardan taksi tutmaqdan dəfələrlə ucuz başa gəlir. Heyət həqiqətən də çox yaxşıdı və buna görə onlara təşəkkür edirəm. Saytlarında yazırlar ki, onların 5 ulduzlu xidmətləri var. Mən isə deyərdim ki, bizim ödədiyimiz pulun müqabilində onlar qiymətə gəlməz xidmət göstərirlər.
|
|