Tədbirlərə abunə olun:

Otelimiz fotolarda

Faydalı məlumatlar

Bakıda hava:

10-03-2010
Yerli vaxt18:24:44
Temperatur °C11-13
Külək m/s 8-10 (ş.qərb)
Buludluluqbuludlu
Yağıntıyağmursuz
Təzyiq (mm.cv)754-756
Rütubət %64-66

Bələdçi:

Görməli yerlər Tibb Mərkəzləri Nəqliyyat Fitnes və Spa Mərkəzləri Restoranlar Alış-Veriş Məbədlər Səfirliklər

Valyuta kursları:

10-03-2010
AlışSatış
EUR1.11641.1375
GBP1.30741.3320
USD0.79820.8060
RUR0.02500.0260

Baş səhifə

Noah's Ark otel Azərbaycan Respublikasının paytaxtı – qədim «İçəri Şəhər» qalası və eyni zamanda, şəhərin işgüzar və ticarət mərkəzi yaxınlığında yerləşən, səmimi, müasir texnika ilə təchiz olunmuş və eyni zamanda konservativ üsluba sadiq oteldir. Otel hörmətli qonaqlarımızın bütün fərdi və işgüzar tələblərini razı salacaq və eleqant quruluşa malikdir.

Məhz bizim otelimizdə qaldığınız müddətdə, hər bir otaq üçün təqdim etdiyimiz geniş xidmətlər spektoru -  bütün Bakı şəhərinə açılan gözəl mənzərəyə baxaraq həzz alacağınız səhər yeməyi, evinizdən uzaqda doğmalarınızla ünsiyyət qurmaq imkanı verən, pulsuz, sürətli və limitsiz internet əlaqəsi, sanki öz ofisinizdə olduğunuz kimi rahatlıqla printer, faks aparatlarından sərbəst istifadə etmək imkanı, habelə, doğma vətəninizdə belə öz dişlərinizi etibar edəcəyiniz qədər yüksək keyfiyyətli stomatoloji xidmətlər təklif edilməsi - sizə EV SAHİBİ olmağınız təəssüratını bəxş edəcək.

Bizim məqsədimiz – sizin 100% razılığınız, üstünlüyümüz isə - personalımız və sizin istək və tələblərinizin razı salınmasına yönəldilmiş, geniş xidmətlər spektorudur.

Bizim personal – mehmanxana işi sferasında fəaliyyət göstərən və bir çox xarici dilləri bilən, ixtisaslı işçilər komandasıdır. Standartlardan kənar xidmət göstərən işçi kollektivimiz, hörmətli qonaqlarımızın mədəniyyətlərini, yaşlarını, müxtəlif istəklərini və tələblərini nəzərə alır. Bilik və təcrübə səviyyəsini yüksəltmək üçün GRBS®-də mütəmadi peşəkar hazırlıq keçən işçi komandamız, təklif olunan xidmətlərdə 100% keyfiyyət əldə etmək imkanı yaradır.

Bütün otaqlar sizin maksimum rahatlığınız üçün tərtib olunmuş, peyk televiziyası, mini-soyuducu, fen, kofe aparatı, ütü, ütü stolu və sizin özünüzlə gətirməli olmayacağınız bir çox digər avadanlıqla təchiz olunmuşdur. Uzun müddət otelimizdə qalmağı planlaşdıran hörmətli qonaqlarımızın rahatlığı nəzərə alınaraq, eyni zamanda, otelimizdə çamaşırxana xidmətləri də təklif olunur.

 

Noah's Ark oteli istər biznes, istərsə də dincəlmək məqsədilə səyahət edənlər üçün ideal seçimdir. Hər dəfə möhtəşəm Bakı şəhərinə gəlişinizdə bizi, öz doğma evinizdən uzaqda ikinci eviniz kimi qəbul etməyinizi istəyirik.

Otel haqqında əlavə məlumat

  • Qeydiyyat vaxtı: 14:00
  • Çıxarış vaxtı: 12:00
  • Siqaret çəkənlər və çəkməyənlər üçün otaqlar.
  • 24 saat ərzində otaq xidməti.
  • Tədbirlərin/treninqlərin keçirilməsi üçün otaq.
  • Camaşırxana xidməti.
  • Bütün otaqlarda və ictimai yerlərdə yüksək sürətli simsiz internet.
  • Bütün gün ərzində xollda isti içkilər və şirniyyat.
  • Otelin yaxınlığında pulsuz avtomobil dayanacağı.
  • Bakı metropoliteninin yaxınlığında - İçəri Şəhər metro stansiyası.
  • Xidmətlərin Qiyməti
  • Biznesə Dəstək Xidmətləri
  • Xüsusi Təkliflər / Endirimlər
  • Otelin ünvanı
  • E-ünvan: hotel@noahsark-hotel.com

Noah's Ark oteli HotelsCombined üzvüdür.