05.03.2012 / Azərbaycanda ISO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemini tətbiq edən İlk Otel
Özünün uğurlu strategiyasının nəticəsi olaraq sürətli inkişaf edən “Noah’s Ark” oteli Azərbaycan turizm və qonaqpərvərlik sənayesində daha bir ilkə imza ataraq ISO 9001:2008 – Keyfiyyət İdarəetmə Sisteminin tətbiqinə başladı.
Belə ki, otel 2011-ci ilin sonunda “Moody International Certification” Ltd tərəfindən auditdən keçirilərək, yaradılmış prosedurlar və iş prinsipləri ilə tam şəkildə bu standartlara cavab vermiş və müvafiq sertifikatı almışdır.
05.09.2011 / Otelimizin dəyərli qonaqlarına daha bir yeni xidmət – “ŞİRVANŞAHLAR” apartamenti
Azərbaycanın turizm industriyasının novatoru olan “NOAH`S ARK” OTELİ öz xidmətlərini genişləndirərək dəyərli qonaqlarına respublikamızın paytaxtının ən qədim və tarixi məkanında, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilən və Azərbaycan höküməti tərəfindən qorunan gözəl və füsunkar İçəri Şəhərdə yeni “ŞİRVANŞAHLAR” adlı apartamentini təqdim edir.
Ümumi sahəsi 120 m2 olan və 6 nəfərə qədər qonağın rahat yaşaya biləcəyi “ŞİRVANŞAHLAR” apartamenti 1 qonaq, 2 yataq, 2 sanitar məişət otağı və bütün avadanlıqlarla təchiz edilmiş geniş mətbəxlə təmin olunmuşdur.
03.08.2011 / “Noah’s Ark” mehmanxanası mütəmadi olaraq mehmanxana biznesində baş verən yenilikləri araşdırır
“Noah’s Ark” mehmanxanası mütəmadi olaraq mehmanxana biznesində baş verən yenilikləri araşdırır və qonaqların rahatlığını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirir. Mehmanxanaya daxil olan hər bir qonaq servislərin müxtəlifliyi və yüksək səviyyədə olmasının əyani şəkildə şahidi olur.
Mehmanxana rəhbərliyi mehmanxana personalı və onların peşəkar səviyyədə hazırlanmasına böyük diqqət ayırır. Bunun üçün personal mütəmadi olaraq GRBS® Beynəlxalq tədris mərkəzində peşəkarlığın artırılmasına yönəlmiş silsilə təlimlərdə iştirak edirlər. Cari ilin ilk bu tip təlimi 2011-ci il fevral ayının 28-də keçirilmişdir. Mehmanxana əməkdaşları “Marketinq və satış” təlimində öz peşəkarlıqlarını daha da artırmışlar.
05.30.2011 / Noah's Ark hotel
Noah's Ark otel - Azərbaycanın paytaxtı Bakıda, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilən gözəl və füsunkar İçəri Şəhərdə yerləşir.
Özünün müasir tələblərə cavab verən xidməti, həmçinin şəhərin işgüzar və ticarət mərkəzlərinə yaxın mövqeyi ilə fərqlənən, konservativ üslublu 3 ulduzlu otel sizləri özünə cəlb edəcək.
















Share
Mail
Çap











