GRBS


Bizim otel


Qonaqpərvər Azərbaycan


Valehedici Bakı

 

Azərbaycan Respublikasının
Dövlət Himni

 


Xəbərlər / Tədbirlər

Azərbaycanın turizm industriyasının novatoru olan “NOAH`S ARK” OTELİ öz xidmətlərini genişləndirərək dəyərli qonaqlarına respublikamızın paytaxtının ən qədim və tarixi məkanında, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilən və Azərbaycan höküməti tərəfindən qorunan gözəl və füsunkar İçəri Şəhərdə yeni “ŞİRVANŞAHLAR” adlı apartamentini təqdim edir.

 

Ümumi sahəsi 120 m2 olan və 6 nəfərə qədər qonağın rahat yaşaya biləcəyi “ŞİRVANŞAHLAR” apartamenti 1 qonaq, 2 yataq, 2 sanitar məişət otağı və bütün avadanlıqlarla təchiz edilmiş geniş mətbəxlə təmin olunmuşdur.

Hemen rezervasyon yap Powered by Booking.com

  • Noah's Ark hotel is located in Baku, capital city of Azerbaijan, namely in beautiful and fascinating "Icheri Sheher" which has been included into the World Cultural Heritage List of UNESCO. Our 3 star hotel is distinquished with its high-level services and modern requirements, convenient location, a few minutes walk to business and shopping centers of the city, and conservative style. The hotel has been established and designed elegantly to meet the individual and business needs of our highly respected guests.
  • MİSSİYAMIZ: PEŞƏKAR BİLİKLƏR VƏ MEHMANXANA BİZNESİNİN ETİK NORMALARINA ƏSASLANARAQ BİZİM OTELİN BÜTÜN HÖRMƏTLİ MÜŞTƏRİLƏRİNƏ YÜKSƏK KEYFİYYƏTLİ XİDMƏTİN GÖSTƏRİLMƏSİ.
Share Mail Print this pageÇap

Noah's Ark otel - Azərbaycanın paytaxtı Bakıda, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilən gözəl və füsunkar İçəri Şəhərdə yerləşir. Özünün müasir tələblərə cavab verən xidməti, həmçinin şəhərin işgüzar və ticarət mərkəzlərinə yaxın mövqeyi ilə fərqlənən, konservativ üslublu 3 ulduzlu otel 5 ulduzlu xidmətləri ilə sizləri özünə cəlb edəcək. Noah's Ark oteli, hörmətli qonaqlarımızın fərdi və işgüzar tələblərini təmin etmək üçün yaradılıb.

 

Otaq və Səhər yeməyi, Yarımpansion və Hər şey daxildir yaşama paketləri təklif edən Noah’s Ark oteli Bakının ən qədim hissəsi olan İçərişəhərdə, metrodan cəmi 100-120 m-lik məsafədə yerləşir. Bütün otaqlar müstəqil havalandırma və istilik sistemi ilə təmin olunmuşdur. Hər otaq individual seyf,  mini soyuducu, 99 kanal çeşidli kabel televiziyası, beynəlxalq çıxışlı telefon, ütü və ütü stolu, elektrik çaydanı ilə təmin olunmuşdur. Gündəlik olaraq qonaqlara otaqlarda pulsuz olaraq çay paketləri və mineral su təqdim edilir. Standart otaqlarla yanaşı qonaqlar üçün 5 nəfərədək qonağın yaşaya biləcəyi 120 m2 sahəli apartament təklif edilməkdədir.

 

Bütün vanna otaqları gigiyenik maye sabun və şampunla, adi güzgü ilə yanaşı xüsusi böyüdücü güzgülərlə, daşına bilən fenlə, telefonla, üz, bədən və ayaq üçün dəsmalla, gigiyenik duşla və mühüm ayaqyolu üçün ləvazimatlarla təmin edilmişdir. All Inclusive paketi ilə yaşayan qonaqlar üçün vanna otaqlarına əlavə olaraq aşağıdakılar əlavə olunur: xalat, diş şotkası və pastası, üz qırxan dəst, shower cap, daraq, qulaq təmizləyən çöplər, əl və bədən üçün kremlər. Yenicə quraşdırılmış katelni istilik sistemi qonaqları fasiləsiz isti su ilə təmin edir.

 

Bakını 3600 dərəcə görə biləcəyiniz otelin 5-ci mərtəbəsində yerləşən restoranda qonaqlara açıq bufet şəklində səhər, günorta və şam yeməkləri təqdim edilir. Günorta və axşam yeməkləri tamamilə Azərbaycan mətbəxi əsasında hazırlanır.

 

Otelin bütün ərazisində qonaqlara heç bir ödəniş etmədən 8 Mbit/san yüksək sürətli Wi-Fi internetdən və 24 saat faəaliyyət göstərən İT dəstəkdən istifadə etmək imkanı təklif edilir. Otel ərazisinə bankomat ATM 24/7 (visa və visa electron kartları qəbul edir) fəaliyyət göstərir. Qonaqlar ödənişləri internet, kredit kart (Visa, Visa electron, Mastercard, Maestro card), bank köçürmələri və nağd olaraq həyata keçirə bilərlər.

 

Otel visa dəstəyi, pulsuz isti və soyuq alkoqolsuz içkilər, velosiped, kuryer, ofis avadanlıqlarından istifadə, müxtəlif növ ekskursiyalar, 24 saat otaq və təhlükəsizlik xidməti təklif etməkdədir.

 

Noah's Ark oteli istər biznes, istərsə də dincəlmək məqsədilə səyahət edənlər üçün ideal seçimdir. Hər dəfə möhtəşəm Bakı şəhərinə gəlişinizdə bizi, öz doğma evinizdən uzaqda ikinci eviniz kimi qəbul etməyinizi istəyirik.

Otel haqqında əlavə məlumat

  • Otağa giriş vaxtı 14:00
  • Otaqdan çıxış vaxtı 12:00
  • 24 saat qeydiyyat
  • 24 saat otaq xidməti
  • Təhlükəsizlik xidməti
  • Çoxdilli personal
  • Siqaret çəkənlər və çəkməyənlər üçün otaqlar
  • Camaşırxana və kimyəvi təmizləmə xidməti
  • Otelin yaxınlığında pulsuz avtomobil dayanacağı
  • Bakı metropoliteninin yaxınlığında - İçəri Şəhər metro stansiyası
  • Velosipedlərdən istifadə xidməti
  • İlk tibbi yardım xidməti
  • Qarşılama və yola salma
  • Maşın kirayəsi
  • Baqajların saxlanılması
  • Müxtəlif turlar və ekskursiyalar xidməti
  • Visa dəstəyi



Məzənnələr

Mənbə: www.cbar.az

Bakıda Hava

BƏLƏDÇİ